2022-ci ildə Azərbaycanda tikinti sektoruna yönəldilən investisiyaların həcmi 13 mlrd. 461.4 mln. manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə bu göstəricinin həcmi 18.3% və ya 2 mlrd. 85 mln. manat çoxdur. 2021-ci ildə tikinti sektoruna yönəldilən investisiyaların həcmi 11 mlrd. 376.4 mln. manata bərabər olub.

Qeyd edək ki, ötən il Azərbaycanda tikinti sektoruna yönəldilən investisiyaların 44.2%-i Bakı şəhərinin payına düşüb. Belə ki, 2022-ci ildə Bakı şəhərində tikinti sektoruna 5 mlrd. 947.4 mln. manat investisiya qoyulub.