Genetik karlığı olan uşaqların gen terapiyası sayəsində eşitmə qabiliyyəti bərpa oluna bilər.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, “Mass Eye and Ear” xəstəxanasının alimlərinin birgə sınağında "DFNB9" adlı genetik karlıq forması olan altı uşaq müayinə olunub.

2022-ci ilin dekabrında başlayan sınaq Şanxaydakı Fudan Universitetində baş tutub və "OTOF" geninin işlək versiyasını daşıyan qeyri-aktiv virusdan istifadə edilib. O, müxtəlif dozalarda altı uşağın daxili qulağına yeridilib. Uşaqlarda 26 həftə ərzində müşahidələr aparılıb. Nəticədə altı uşaqdan beşinin eşitmə və normal söhbət etmə qabiliyyəti bərpa olunub.