"Facebook", "Instagram" və "WhatsApp" sahibi "Meta"nın Twitter-ə rəqib olaraq təqdim etdiyi yeni sosial media platforması "Threads" istifadəçilərini itirməyə başlayıb.

İqtisadiyyat.az-ın dünya mətbuatına istinadən məlumatına görə, son məlumatlar göstərir ki, "Threads"in gündəlik aktiv istifadəçiləri iyulun 7-də 49 milyona çatdıqdan sonra iyulun 14-də 23,6 milyona düşüb.

Bu arada, Elon Maska məxsus "Twitter"in yalnız Android proqramında iyulun 14-də təxminən 107 milyon aktiv istifadəçisi olub.

Keçən həftə Meta-nın baş direktoru Mark Zukerberq bildirib ki, onun tətbiqi iyulun 5-də istifadəyə verildiyi vaxtdan bəri 100 milyon dəfədən çox yüklənib.