"Meta"nın "X" sosial media platformasına rəqib olaraq təqdim etdiyi "Threads" istifadəçilərini itirməyə davam edir. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, iyulun 5-də istifadəyə verilən "Threads" böyük marağa səbəb olmuşdu və ilk həftəsində 100 milyon istifadəçisi olmuşdu. Lakin platformanın aktiv istifadəçilərinin sayı avqustun 7-də 10,3 milyona düşüb.

Araşdırmaya görə, ABŞ-da istifadəçilər iyulun 7-də proqrama gündə 21 dəqiqə, avqustun 7-də isə 3 dəqiqə vaxt sərf ediblər. Proqramın istifadəçilərinin sayının azalmasının səbəbi hələlik məlum deyil.

Gülşən Şərif