İqtisadiyyat.az xəbər verir ki, bu barədə COVID-19 pandemiyasının başlanğıcından bəri texnologiya dünyasında ixtisarları izləyən "Layoffs.fyi" saytı məlumat yayıb.

Qeyd edilib ki, ötən il 546 texnologiya şirkəti 152 min işçisini işdən çıxarıb.

Məlumata görə, 2023-cü illə müqayisədə ixtisarlarda azalma müşahidə olunub. 2023-cü ildə 1193 texnologiya şirkəti 264 min insanı ixtisar edib.

Bu ilin ilk ayında da texnologiya şirkətlərində ixtisarlar davam edir. Məlumata görə, yanvar ayında 13 texnologiya şirkəti 1390 işçisini işdən çıxarıb.

 

Gözəl Həşimova