“Tesla” şirkətinin istehsal etdiyi elektromobilləri bundan sonra bitkoinlə almaq mümkündür".

Bu barədə şirkətin sahibi, tanınmış iş adamı İlon Mask “Twitter” səhifəsində yazıb.

Şirkət sahibi həmçinin xaricdə, yəni ABŞ-dan kənarda “Tesla” elektromobillərini bitkoin ödəməklə almağın bu ilin sonundan mümkün olacağını bildirib.

Xatırladaq ki, fevralın 8-də “Tesla” bitkoin kripto valyutasına 1,5 milyard ABŞ dolları yatırdıqlarını, yaxın gələcəkdə bitkoini məhsullarına görə ödəniş vasitəsi kimi qəbul etməyə başlayacaqlarını açıqlayıb. Bundan bir qədər sonra İ.Mask bitkoinə sərmayəni bədxərclik olaraq dəyərləndirib.