Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” zərərli tullantılarla bağlı məhkəmə iddiası ilə razılaşmaya gəlib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 1,5 milyon dollar ödəyəcək.

Bundan əlavə, “Tesla” işçilərini düzgün öyrətdiyini sübut etməli və beş il ərzində hər il müəssisələrindəki zibil qablarını yoxlamaq üçün yeni işçilər götürməli olacaq.

Qeyd edək ki, əvvəllər Kaliforniyanın bir neçə əyaləti “Tesla”nı zərərli tullantılarla düzgün davranmamaqda ittiham edərək məhkəməyə verib. Bildirilib ki, “Tesla” tullantıları qəsdən səhv etiketləyib və zibilxanalara göndərib. Söhbət istehsalda istifadə olunan boya və laklar, əyləc mayeləri, köhnə akkumulyatorlar, antifriz və dizel yanacağından gedir.

Onu da əlavə edək ki, 2023-cü ilin dördüncü rübündə “Tesla” 7,93 milyard dollar xalis gəlir əldə edib.