Model 3 2017-ci ildən istehsal olunur. Təxminən 5 ildir ki, bazarda olan elektrik avtomobili tezliklə yenidən dizayn oluna bilər.

İqtisadiyyat.az xəbər verir ki, Tesla Model 3-ün yenidən dizaynı üzərində işləyir. 

ABŞ istehsalçısı kompakt modelin istehsal xərclərini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Tesla Model 3 yeniləmə layihəsi ilə elektrik avtomobilindəki mürəkkəbliyi və komponentlərin sayını azaltmağı hədəfləyir.

Yenidən dizaynın əsas məqsədi elektrik avtomobil istehsalçısını xilas etmək olsa da, Model 3-ün dizayn və performans baxımından fərqli yollardan keçəcəyi gözlənilir. Yeni dizaynla xərcləri azaltmaq istəyən Teslanın avtomobilin qiymətində endirim edib-etməyəcəyi bilinmir.

Məhəbbət Məmmədov