Tam avtonom idarəetmə rejimində olan “Tesla” avtomobili “The Dawn Project” tərəfindən keçirilən sınaq zamanı özünü doğrultmayıb.

Belə ki, avtomobil uşaq boylu manekenin üzərindən üç dəfə keçib.

Təcrübənin Kaliforniyadakı sınaq yolunda aparıldığı bildirilib.

Avtomobil yolda stasionar obyektin varlığını müəyyən edə bilməyib və orta hesabla 40 km/saat sürətlə onu təkrar-təkrar vurub.