Amerikanın “Tesla” şirkəti 3,9 minə yaxın “Cybertruck” elektrik pikapını qaz pedalı nasazlığına görə geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yollarında Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (NHTSA) saytında bildirilir.

“Qaz pedalı ilişib qala bilər ki, bu da istəmədən sürətlənməyinizə və qəza riskini artırmağınıza səbəb ola bilər. Bu səbəbdən şirkət hər hansı qəza baş verməzdən öncə xəbərdarlıq edir. Qəza riskini aradan qaldırmaq üçün sürücülər qaz pedalının komplektini pulsuz dəyişdirə və ya təmir edəcəklər”, - deyə məlumatda qeyd olunub.