"Elektrikli avtomobil istehsalçısı Tesla təxminən 2,2 milyon avtomobili geri çağırıb, çünki bəzi avtomobillərinin xəbərdarlıq işıqlarında yazı ölçüsü çox kiçik olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasında qeyd olunub.

Bildirilib ki, Tesla 2012-2023 Model S, 2016-2024 Model X, 2017-2023 Model 3, 2019-2024 Model Y və 2024 Cy avtomobillərini geri çağırıb.

Açıqlamada həmin avtomobillərdə əyləc, dayanacaq və bloklanma əleyhinə əyləc sisteminin (ABS) xəbərdaredici işıqlarının cihaz panelində səhv şrift ölçüsünün göstərildiyi və bu səbəbdən onların müvafiq təhlükəsizlik standartlarına uyğun olmadığı bildirilib.

Geri çağırışdan təsirlənən potensial avtomobil sayının 2 milyon 193 min 869 olduğu bildirilən açıqlamada Teslanın problemi həll etmək üçün uzaqdan edilə bilən bir proqram yeniləməsi hazırladığı ifadə edilib.

Açıqlamada qeyd edilib ki, 30 Mart tarixindən etibarən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndəriləcəyi gözlənilir.