ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" dünya üzrə 2,03 milyon avtomobilini geri çağıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Məlumata görə, "Tesla" sürücüyə dəstək sistemində idarəetmə problemini həll etmək üçün avtomobillərini geri çağıracaq.

Söhbət "Tesla"nın "Model X", "S", "3" və "Y" avtomobillərindən gedir.

 

Gözəl Həşimova