Tərtərdə minaya düşən traktor sürücüsü, Seydimli kənd sakini Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşüb.
Bu barədə E.Ələkbərov özü məlumat verib.
O qeyd edib ki, hadisə iş prosesi zamanı qeydə alınıb: “Həmin vaxt traktorla işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı".
*** 14:54
Tərtər rayonunun Qırmızı kənd ərazisində traktor minaya düşüb.
Hadisə günorta saatlarında baş verib.
Hadisə nəticəsində traktorun sürücüsü,1987-ci il təvəllüdlü Elgün Ələkbərov xəsarət alıb.