İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, rayonun Sarıcalı kəndi ərazisində qeydə alınan qəzada "Mercedes" və "Toyota Prius" toqquşub.

Qəza nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu xəsarət alıb.

Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.