"Crocus City Hall" konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.

"Martın 23-dən Qırğızıstan vətəndaşları Moskva hava limanlarından öz vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Digərləri ilk dəfə Rusiyaya uçublar, lakin sübut olmadan ölkədən qovulublar", - nazir müavini deyib.

Qırğızıstan Xarici İşlər Nazirliyi ciddi səbəblər olmadan Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.

 

Gözəl Həşimova