Qış fasiləsində Antalyaya yollanan  "Kəpəz" təlim-məşq toplanışını yukunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Antalya toplanışını dəyərləndirib: 

“Təlim-məşq toplanışı normal qaydada, planlaşdırdığımız kimi getdi. Komanda 3 oyunda da uğurlu çıxış elədi. Oyun keyfiyyəti bizi qane etdi. Bəzi məqamlarda zədələnən və xəstələnən futbolçularımız oldu. Bəzi oyunçuları tam yoxlaya bilmədik. Ümumillikdə komanda normal hazırlıq keçdi. Oyunlar da göstərdi ki, komanda əvvəlki matçlara nisbətən daha keyfiyyətli çıxış etdi. Ümumi 3 oyunun hər birini komanda yüksək səviyyədə keçirib. İkinci oyunumuz mübarizə şəraitində keçdi. Nə bizim nə də rəqibin qol epizodları oldu. Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir”