Oktyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 549 müraciət daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Enerji Tənzimləmə Agentliyi məlumat yayımlayıb.

Məlumata görə, Bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 37-si məlumat üçün olmaqla cəmi 412  müraciət,təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 100 müraciət,istilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 5 müraciət;6-sı məlumat üçün olmaqla cəmi 32 müraciət isə digər məsələlərlə bağlı olub.