Tərtər şəhərində abadlıq işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı hazırlıqlara başlayıb.

RİH şəhərdəki abadlıq işlərini “Koneks Construction” şirkətinə həvalə edib və şirkətlə dəyəri 987.085,81 manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Koneks Construction” 2019-cu ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkəıtin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

Xatırladaq ki, Tərtər RİH bir neçə gün əvvəl də şəhər ərazisindəki bir sıra yaşayış binalarında aparılacaq təmir işlərinin satın alınması ilə bağlı şirkətlə 205.905,28 manat dəyərində müqavilə bağlayıb.

“Koneks Construction” yerli icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının indiyədək elan etdiyi milyonlarla manat dəyərində çoxsaylı tenderlərin qalibi olub.