Logo

Telman İsmayılovun İsraildəki evlərinə həbs qoyulub


Azərbaycan əsilli biznesmen Telman İsmayılovun Təl-Əvivdəki evlərinə həbs qoyulub. Sahəsi 621 və 534 kvadratmetr olan malikanələrə “BM Bank”ın (VTB-yə daxildir) iddiası çərçivəsində həbs tətbiq edilib.

“BM Bank”ın İsrail məhkəməsinə müraciətinə əsas kimi Rusiya məhkəmələrinin qərarı olub.

Belə ki, RF ədliyyə orqanı biznesmenin 2012-ci ildə “Ruslayn 2000” və “Tropicano Finance BV” şirkətləri üçün götürdüyü külli miqdarda borcu kreditora qaytarmadığını müəyyən edib. Söhbət 13,5 milyard rubl (310,2 milyon manat) və təxminən 169 milyon dollardan (287,3 milyon manat) gedir.

Məhkəmə çəkişmələri başlayandan sonra Telman İsmayılovun İsraildəki daşınmaz əmlakını oğlu Ələkbərin adına keçirməsi isə banka bu həbs barədə hökm verməsinə gətirib. Məhkəmə İsmayılovun oğlunun daşınmaz əmlak üzərində mülkiyyət hüququnu üçüncü şəxslərə verə biləcəyini nəzərə alıb.

Qeyd edək ki, Rusiyada qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb.Kommersant

2021-12-07 14:32:00 2220
Teqlər: