Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinə yeni təyinat həyata keçirilib.

İdarədən İqtisadiyyat.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, Fərzəliyeva Minarə Qəzənfər qızı Təlimə Dəstək Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.