Azərbaycanda televiziya və radio yayımçılarının xərcləri haqqında məlumat açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə göstəricilərində qeyd olunub.

2021-ci il ərzində yayımçıların xərclərinin ən iri istiqamətləri aşağıdakılar olub:

- Əməkhaqqı fondu - 49 500 000 manat;

- Yayım xərcləri - 13 300 000 manat;

- Yerli kontent xərcləri - 6 700 000 manat;

- Xarici lisenziyalı kontent xərcləri - 4 200 000 manat.