İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sentyabrın 10-da keçirilən monitorinqlər zamanı ümumilikdə, 114 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bunların arasında məşhur restoranlar da var. Belə ki, Xətai rayonunda “Coffeemania”da, Binəqədi rayonunda “Hollywood restoranı”nda və Səbail rayonunda “Teleqüllə restoran”da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələbləri pozulub.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.