"Whatsapp" digər mesajlaşma tətbiqlərinin istifadəçiləri arasında mesajların mübadiləsi funksiyasını əldə edəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu funksiya Avropa İttifaqının rəqəmsal bazarlar üzrə yeni qanun layihəsi (DMA) çərçivəsində yaxın 6 ay ərzində mesajlaşma tətbiqinin "Android" və "iOS" versiyalarında istifadəyə veriləcək.
Sözügedən qanun layihəsinə əsasən, müxtəlif platformaların istifadəçiləri digər servislərdə qeydiyyatdan keçmədən bir-biri ilə ünsiyyət qurmaq imkanına sahib olmalıdırlar.
Məsələn, əgər siz yalnız "Telegram"dan və ya digər mesajlaşma tətbiqindən istifadə edirsinizsə, rahatlıqla digər şəxsin "Whatsapp"dakı hesabına mesaj göndərə biləcəksiniz. Sizin "Whatsapp"ı yükləyərək, qeydiyyatdan keçməyinizə ehtiyac qalmayacaq.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.