Qazaxıstanda "Telegram" messencerinin filialı açılacaq.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev ABŞ Ticarət Palatasının və Amerikanın iri biznes qurumlarının nümayəndələri ilə görüşdə bildirib.
“Bizim qanunvericiliyə uyğun olaraq, "Telegram", "WhatsApp" və "TikTok" kimi internet platformalarının Qazaxıstanda nümayəndəsinin olması tələb olunur", - o deyib.
Qeyd olunub ki, görüşdə nazir "Meta" və "Apple" nümayəndələri ilə məlumatların təhlükəsizliyi və saxta hesablarla mübarizə məsələlərini müzakirə edib. Həmçinin bildirilir ki, Rəqəmsal İnkişaf Nazirliyi fırıldaqçılıq sxemləri ilə mübarizəyə "Meta" ilə birgə başlayacaq.
Sadiq Cavadov