Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənmənin təqdim edildiyini elan ediblər. Yenilənmə özündə çoxlu sayda dəyişikliyi birləşdirir.

Əsasən Telegram-dakı istifadəçi hesabına daxil olma üzrə yeniliklər, sərhədsiz reaksiyalar və emoji statuslar reallaşdırılıb. Beləliklə bundan sonra istifadəçilər öz hesablarına daxil olduqları zaman avtorizasiya şifrəsini təkcə SMS vasitəsilə deyil həmçinin elektron poçt vasitəsilə də əldə edə biləcəklər. Bununla yanaşı istifadəçilər “Login with Apple” və ya “Login with Google” imkanlarından faydalana biləcəklər. İstifadəçi hesablarının iOS-də qeydiyyatdan keçirilməsi və həmin hesablara daxil olma prosesi sadələşdirilib.

Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb