“Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq”.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, bu il 40 minə qədər tələbəyə təhsil kreditlərinin verilməsi həyata keçiriləcək.

“Təhsil tələbə kreditləri təhsil üçün tamamilə yeni mexanizmdir. Həm bakalavr, həm də magistrlar bu kreditlərdən yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib. Biz bu prosesdə gecikməmişik və oktyabrın əvvəlindən prosesə başlanılacaq”.