Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb.
Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.
AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova oxu.az-a bildirib ki, üç tələbənin COVID-19 testi pozitiv çıxıb:
“Həmin tələbələrin təhsil aldığı qrupların dərsləri distant formada davam edəcək. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır”.