"Böyük şəhərlər olmalıdır ki, mənzil tikintisi maraqlı olsun. Gənclərə ev lazımdır. Necə alsın, hansı maaşla, hansı işlə, hansı qazancla? 2-3 sot yer alıb, 2-3 ev tikirlər. Nə etsin bəs?".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu eybəcərliyin və qanunsuzluğun qarşısını almaq üçün sosial evlərin tikintisi sürətləndirilməlidir. 

"Hər bir rayon mərkəzində hündür mərtəbəli binaların tikinitisi üçün iş adamlarına həvəsləndirici təkliflər edilə, şirnikləndirici güzəştlər verilə bilər ki, onlar az xərclə evlər tikib, satsınlar. Əvəzində isə onlara şəhərlərin ən gözəl yerlərindən torpaqlar ayrıla bilər, kənar yerlərdə infrastrukturunu dövlət yaratmaqla yerlər ayrıla bilər ki, bahalı mənzillər tikib satsınlar. Həm varlının maraqları təmin olunsun, həm də kasıb-kusubun. Kasıb gedib kvadratı 2000 manatdan mənzili haradan alsın? Kiçik şəhər və rayon mərkəzlərində isə mənzillər tikmək üçün iş adamında stimul yoxdur".

Deputat qeyd edib ki, ipoteka krediti də əlçatan deyil: "İpoteka krediti ilə ev almaq və dolanmaq üçün gərək minimum 1500 manat əmək haqqı alasan. Azərbaycanda sosial cəhətdən həssas olan nə qədər adam ayda 1500 manat qazanır? Dövlət Neft Fondundan ilkin olaraq 2 milyard vəsait ayrılsın və dövlət özü sosial evlərin tikintisini genişləndirsin. İpoteka kreditlərini də aylıq 300-400 manata salaq, daha həssas təbəqələr üçün isə 200 manat olsun. Gənclər ev sahibi olsun. O zaman biz gənclər siyasətindən danışa bilərik".unikal