“Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq üçün lazım olan bal, yəni qəbul imtahanında toplanan ümumi balın minimal həddi müəyyənləşib”. 

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalavriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər.