İranın paytaxtı Tehranda ticarət mərkəzinə məxsus əyləncə parkı məcburi hicab qaydalarına əməl etmədiyi üçün möhürlənib.

Məlumata görə, bağlanan obyekt Tehranın Tehranpars rayonunda yerləşən Elmas Ticarət Mərkəzinin bir hissəsidir.

Qeyd edək ki, sosial mediada əksini tapan görüntülərdə Elmas Ticarət Mərkəzindəki əyləncə parkı işçilərinin məcburi hicab qaydasına əməl etmədiyi görülüb.