"Rusiya və İranın dünya bazarlarında mövcudluğunu təmin etmək üçün Rusiya-İran birgə konsorsiumunun yaradılması lazımdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Tehran valisi Əlirza Fəxhəri “Made in Russia” beynəlxalq forumunun sessiyasında təklif edib.

"İran və Rusiya bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla, Afrika, Asiya və hətta Avropada yeni ümumi bazarlarda mövcudluğu planlaşdıra biləcəklər", - deyə Fəxhəri bildirib.

Onun sözlərinə görə, Rusiya və İran yeni əməkdaşlıq strategiyaları yaratmalı və özəl sektorun potensialından istifadə etməlidir.