Tehranın metro stansiyalarından birində partlatıcı maddə daşıyan şəxslər saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "İsna" agentliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan 5 nəfərin üzərində 100 kiloqram partlayıcı maddə aşkar edilib. “Molavi” stansiyasında saxlanılan şəxslər partlayıcı maddəni şəhərdəki alıcılardan birinə çatdırmağı planlaşdırıb. 

Saxlanılan şəxslər barəsində cinayət işi açılacağı bildirilir.