Son məlumatlara görə qitədə təbii qazın birja qiymətləri 2,7 % artıb. Müqayisə aparsaq görərik ki, Avropanın ən likvid habı olan TTF-də qazın fevral fyuçerslərinin günə 755,5 dollarla başlasa da, sonradan 766,9 yüksəlib. Ekspertlər bu vəziyyəti müxtəlif cür izah edir. Təbii və süni səbəblərə görə

Qazın qiymətinin artmaında süni səbəb hansıdır?

Almaniya kanslerinin müavini, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek deyir ki, ölkəsinin bütün qaz təchizatının yarısı, Putinin qaz kranını bağlaması və boru kəmərinin yararsız hala düşməsi səbəbindən kəsilir.

“Bu o deməkdir ki, o, yaxın gələcəkdə də işləməyəcək. Beləliklə, indi bizdə əvvəlki tədarük həcminin yarısı belə yoxdur. 3 yeni LNG terminalı bizə 55 milyard kubmetrlik həmişkəki həcmin təxminən dörddə birini təmin edəcək. Almaniyada tikilmiş 3 üzən LNG terminalı ildə 14 milyard kubmetr qaz qəbul edə biləcək. Həmin infrastrukturun tutumunun bu ilin sonuna qədər 30 milyard kubmetrdən çox artırılması lazımdır”.

Təbii səbəb havaların uzun müddətdir isti keçməsindən sonra soyuma ehtimalıdır.

Avropada havalar artıq soyumağa başlayıb. Avropada istilik mövsümü noyabrın 14-də başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan 22,87 mlrd. kubmetr qaz çıxarıb. Fevral ayında havalar daha da  soyuyacaq. Fransa iri qaz istehsalçıları assosiasiyasının sədri Nikola De Varren də buna işarə edir.

“Əgər ayın sonunda havalar kəskin soyusa Avropada qaza tələbat kəskin artacaq. Digər tərəfdən, yay mövsümündə anbarları tam doldurmaq üçün minimum 30 milyard kubmetr Rusiya qazına ehtiyac var. Anbarların da həcmi durmadan artır. Rusiya-Ukrayna müharibəsi başlayan günlərdə Avropanın qaz anbarlarında doluluq səviyyəsi 54% idi”.

Bu halların müşayiət olunduğu bir vaxtda, Avropa Rusiyadan qaz asıllığını azalda bilibmi?

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozef Borel bildirib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığını aradan qaldıra bilib. O qeyd edib ki, enerji qiymətləri Rusiya ilə Ukrayna arasında hərbi münaqişə başlamazdan əvvəlki vəziyyətinə qayıdıb.

“Bir neçə ay ərzində biz Rusiyadan illərdir yaratdığımız enerji asılılığını aradan qaldırdıq. Biz qiymət artımının son dərəcə stresli mərhələsindən keçdik və qiymətlər müharibədən əvvəlki səviyyəyə qayıtdı. Meqavat-saatın qiyməti müharibədən əvvəlki qiymətədir. Onsuz da qaz qiymətləri çox yüksək idi, çünki müharibədən əvvəl Putin qaz qiymətlərini manipulyasiya edirdi”.

Borel əlavə edib ki, Avropa bazararında avqustdakı kəskin pik qiyməti isə daha çox spekulyativ gərginliklə bağlı olub, ona görə də enerji bazarındakı gərgin vəziyyəti artıq Rusiya və Ukrayna arasında hərbi münaqişə ilə əlaqələndirmək olmaz. Onun sözlərinə görə, qaz və elektrik enerjisi qiymətlərinin nisbəti Aİ-nin enerji sektorunda struktur problemidir.

Xatırlatma üçün deyək ki, 2023-cü ilin əvvəlində Aİ-də qazın qiymətləri isti qış, qaz anbarlarının yüksək səviyyədə doldurulması və külək stansiyalarından elektrik enerjisi istehsalının artması səbəbindən ucuzlaşmağa başlayıb.

Yanvarın 17-də qazın qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq min kubmetr üçün 600 dollardan aşağı düşüb.

 

Yanvarın 20-də keçirilən hərracda enerji daşıyıcısının dəyəri 12% artaraq min kubmetr üçün 760 dollar təşkil edib.

 

SAMİR CABBAROV