TƏBİB-in yeni yaradılan veb-saytı (www.tabib.gov.az ) təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, təqdimatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova edib.

O bildirib ki, vətəndaşlar kompüter və mobil cihazlardan saytı rahatlıqla ziyarət edə bilərlər:

“Eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd rezervasiyası sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.

Z.Ədilova əlavə edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək:

“Bu gündən etibarən həm də TƏBİB-in çağrı mərkəzi istifadəyə verilir. Vətəndaşlar “815” qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”.