İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın "X" hesabında yazılıb.

"Hadisə nəticəsində ölənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Dualarımız zərərçəkmişlərlədir", - paylaşımda bildirilib.

Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.