Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-də və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

Bu barədə opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib.

“Kikabidze ailəsinin üzvləri məndən bildirməyimi xahiş etdilər ki, ayın 17-18-də Kaşveti kilsəsində saat 16:00-da vida mərasimi olacaq, 19-da saat 14:00-da isə filarmoniyanın böyük konsert zalından mərhumun cənazəsi çıxarılacaq”, - P.Burçuladze “Mtavari Archi” telekanalının efirində deyib.

Daha əvvəl V.Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da həyat yoldaşı və anasının da dəfn olunduğu Tbilisidəki Veriyski qəbiristanlığında dəfn olunacağını açıqlamışdı.