TBC Kredit Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

  • Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
  • Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
  • Şirkətin daxili sistemini öyrənmək
  • Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
  • Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
  • Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
  • Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti
  • Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
  • Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 08 mart 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində müraciət etdiyiniz vəzifənin adını “Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi” qeyd edərək hr@tbckredit.az mail adresinə göndərməyiniz vacibdir. Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.