Tayvan Prezidenti Tsai İnq-ven və ölkənin vitse-prezidenti  Uilyam Lai bir aylıq maaşlarını Türkiyəyə bağışlayacaqlar.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvanın Prezident Ofisi məlumat yayıb.

Tayvan prezidenti bu gün Türkiyənin Taypeydəki de-fakto səfirliyini ziyarət edib və yazıb: "Ürəyim türk dostlarımızladır. Tayvan Türkiyənin yanındadır!"