Tayvan ABŞ-dən böyük həcmdə hərbi texnika almağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Nəşrin yazdığına əsasən, bu müqavilənin ümumi dəyəri ən azı 15 milyard dollar olacaq.

Tayvanın ABŞ-dən alacağı texnika siyahısına aşağıdakılar daxildir:

60 ədəd beşinci nəsil F-35A Lightning II qırıcı təyyarəsi,
4 ədəd uzaq məsafəli radiolokasiya aşkarlanması və hədəf təyin etmə təyyarəsi E-2D Hawkeye,
10 ədəd istismardan çıxarılmış Aegis sinfi hava hücumundan müdafiə gəmisi,
Patriot hava hücumundan müdafiə sistemi üçün 400 raket.

Bu alqı-satqı Tayvanın hərbi müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və ABŞ-Tayvan müdafiə əməkdaşlığını gücləndirəcək.