“Azərbaycanda əmtəəlik buğdanın istehsalında daxili tələbatın cəmi 25 faizini yerli istehsal ödəyir.”

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a deyib.

“Yəni bizim taxıla olan tələbatımız təqribən 1,6 – 1,8 milyon ton arası dəyişir. Bunun 25 faizini yerli istehsalçılar təmin edir, 75 faizini isə xaricdən tədarük edirik.”