"Taxıl ehtiyatlarımızı artırmaq üzrə çalışırıq".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var:

“Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.