Tatarıstanın Derbişki şəhərinin Kazan mikrorayonunda mağazanın tavanı insanların üzərinə uçub.

Bu barədə İqtisadiyyat.az xarici Teleqram kanallarına istinadən xəbər verir.

Qeyd edilib ki, qar yağması səbəbindən mağazanın strukturu dağılıb. İşçilər və müştərilər təcili çıxış yolu ilə binanı tərk ediblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Dağıntılar altında qalanların olduğu deyilir.

 

Sadiq Cavadov