NASA yük maşını böyüklüyündə olan asteroidin cümə günü Yerdən 3600 kilometr yüksəklikdə görünəcəyini açıqlayıb.

Asteroidin böyük hissəsi Yerə yaxın rabitə peyklərinin orbital məsafəsinin onda biri məsafəsində gələcək.

NASA yeni kəşf edilən asteroidin cümə günü axşam Cənubi Amerikanın cənub ucundan 3600 kilometr yüksəklikdə görünəcəyini bildirib. NASA-ya görə, asteroidin Yerlə toqquşma şansı yoxdur, lakin bu, kifayət qədər yaxın keçid olacaq.

Alimlər bildiriblər ki, asteroidin böyük hissəsi atmosferdə yanacaq və daha böyük parçaların meteorit kimi düşəcəyi ehtimalı var.

Qeyd edək ki, Asteroid indiyə qədər qeydə alınmış ən yaxın qarşılaşmalardan birində Yerin yaxınlığından keçəcək.