Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya əməliyyatlarına başlayandan bugünədək Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qazı təhlükəsiz şəkildə nəql edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TAP korsorsiumun tviter səhifəsində qeyd olunub.

“Etibarlı enerji daşıyıcısı olan TAP Avropanın enerji təhlükəsizliyini daha da artırmaq üçün mərhələli şəkildə genişlənə bilər”, - korsorsium bildirir.