Tanzaniyanın keçmiş prezidenti Əli Həsən Mvinyi 98 yaşında xərçəng xəstəliyindən vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.

Məlumata görə, Tanzaniyanın hazırkı prezidenti Samiya Suluhu Həsən keçmiş dövlət başçısının vəfatını və 7 günlük matəm elan edib.

Mvinyi 1985-1995-ci illərdə dövlət başçısı olub və bu vəzifədə Tanzaniyanın ilk prezidenti Julius Nyerereni əvəzləyib. Onun oğlu Hüseyn Mvinyi Zanzibarın prezidentidir.