“Effektiv işin yolu büdcədən deyil, hədəfin düzgün seçilməsindən keçir”.
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Rəqəmsal minimalizm” konsept mesajı ilə keçirilən “Digital Marketing Conference” çərçivəsində "Yaradıcı kontent və müştəri cəlbi"” panelində çıxış edən Rafineri şirkətinin Partneri Emre Kaplan deyib.
O qeyd edib ki, markanın tanınması və insanlara faydalı olması üçün məsələyə duyğusal istiqamətdən yanaşmaq lazımdır:
“Effektli iş haqqında hər kəs asanlıqla fikir söyləyə bilir. Lakin önəmli olan işin effektiv olmasının yollarını tapmaqdır. Hədəf seçimi yaradıcılığın meydana çıxmasında vacibdir. Büdcəniz olmadığı halda, markanın tanınması üçün nə etmək lazımdır? Effektiv işin yolu büdcədən deyil, hədəfin düzgün seçilməsindən keçir”.
Gülşən Şərif