Ötən il sosial mediada İran hökümətini tənqid etdiyi üçün həbs edilən məşhur rejissor Məhəmməd Rəsulof müvəqqəti olaraq azadlığa buraxılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı rejissorun vəkili Məryəm Kianersi məlumat verib. O bildirib ki, rejissorun səhhətindəki problemlərə görə həbsi 2 həftəliyinə dayandırılıb. 

Qeyd edək ki, Rəsulof "Şər yoxdur" filminə görə 2020-ci il Berlində "Qızıl Ayı" mükafatının qalibi olub.