Bu gün Azərbaycan MuayTAY-Tayboks Federasiyasına prezident və vitse-prezident həmçinin idarə heyətinin sədri vəzifəsinə yeni təyinatlar olub.

“AzərKitab” kitab mərkəzinin akt zalında keçiril baş tutan konfransda Konfransı giriş sözü ilə fedarasiyanın prezidenti Azər Həsənsoy açıb. O, çıxışı zamanı prezident olduğu dönəmlərdə idarə heyəti və idman ustaları həmçinin tanınmış idmançılar tərəfindən ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Çıxışının sonunda fedarasiyanın prezidentliyi vəzifəsindən istefa verdiyini və ölkə başçısının gənclərə göstərdiyi diqqəti konfrans iştirakçılarına çatdıraraq, hazırki vəzifəsini gənc nəslin nümayəndəsinə verilməsinin vacibliyini vurğulayıb. Azər Həsənsoyun istefası idarə heyəti tərəfindən birmənalı qarşılanmasa da yekunda istefa tələbi qəbul edilib. Daha sonra fedarasiyanın prezidenti vəzifəsinə Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası Araz Musayev namizəd kimi göstərilib. Səsvermə zamanı Araz Musayev fedarasiyanın prezidenti seçilib. Bundan sonra fedarasiyanın vitse-prezident vəzifəsinə tanınmış idman ustası Vüqar Qasımovun namizədliyi irəli sürülüb və fedarasiyanın vitse-prezidenti vəzifəsinə təyin olunub. Vüqar Qasımovun çıxışı zamanı ona göstərilən etimada görə, idarə heyətinin üzvlərinə və fedarasiyanın rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, Vüqar Qasımov 1994-1995-ci illərdən  kinboksinq idman növü ilə məşğul olub. 1996-2008-ci illərdə yığma komandanın üzvü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2009-cu ildə kinboksinq idman növü üzrə “İdman ustası” dərəcəsinə layiq görülüb.

Azərbaycan, Avropa və Dünya Çenpionatlarının iştirakçısı və qalibi olan  Vüqar Qasımov qızıl, gümüş və bürünc medalları ilə təltif olunub.

Azərbaycan İdmanının inkişafında göstərdiyi xidmətlərə görə 2018-ci ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən fəxri fərman alıb, Ədliyyə Naziri cənab Fikrət Məmmədov tərəfindən isə dəfələrlə mükafatlara layiq görülüb.