Tanınmış gürcü bəstəkar Tamaz Kuraşvili vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər. Gürcüstanda cazın banisi sayılan musiqiçi 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kuraşvilinin azərbaycanlı musiqiçi Vaqif Mustafazadə ilə yaxın dostluq münasibətləri olub. Onlar müxtəlif zamanlarda Bakı və Tbilisidə konsertlər verib, birgə albom çıxarıblar.