Volvo Cars özünün yeni tam elektrikli SUV Volvo EX90 seriyasını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, yeni tam elektrikli Volvo EX90-ı Stokholmda təqdim edən Volvo Cars-ın qlobal izlərini əks etdirən modelin gələn ildən ABŞ-da, daha sonra isə Çində istehsal olunacaq.

Qeyd edək ki, Volvo Cars, Volvo EX90-dan başlayaraq hər il yeni tam elektrikli avtomobil təqdim edəcəyini bildirib. Volvo Cars 2030-cu ilə qədər yalnız tam elektrik avtomobilləri satmağı planlaşdırır.

Məhəbbət Məmmədov